Əli Kərimin oğlu Türkiyəyə 3 qızıl medal qazandırdı - Təhsil eksperti

7-06-2019, 15:53           
Əli Kərimin oğlu Türkiyəyə 3 qızıl medal qazandırdı - Təhsil eksperti
"Fizika üzrə Avropa Olimpiadasında Türkiyə tələbələri 35 ölkə arasında 3 qızıl, 2 gümüş medal qazanıb. Bu tələbələrin qalibiyyətlərinin səbəbi isə müəllimləri Azər Kərimovdur".

BakuPost xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Etibar Əliyev paylaşıb.

O bildirib ki, tələbələrin qalib gəlməsində azərbaycanlı müəllimlərinin müstəsna rolu var:

"1-ci yeri (qızıl medal) Yunus Əmrə Parmaksız, Alkın Kaz və Abdurrahman Hadi Ərtürk, gümüş medal isə Kutay Akın və Bayram Alp Şahin adlı tələbələr qazanıb. Ümumilikdə 3 qızıl, 2 gümüş medal. Qardaş Türkiyə xalqını təbrik edirəm və Türkiyədə şagirdlərin Olimpiada bilik yarışlarına hazırlanmasında müstəsna rolu olan həmvətənimiz Azər Kərimovun (mərhum şair Əli Kərimin oğlu) rolunu xüsusilə qeyd etmək istəyirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru