"S-400"-lərin Türkiyəyə tədarükünün vaxtı açıqlanıb

8-06-2019, 07:46           
"S-400"-lərin Türkiyəyə tədarükünün vaxtı açıqlanıb
“S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün icrasına 2 aydan sonra başlanılacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Rostec” dövlət şirkətinin rəhbəri Sergey Çemezov bildirib.

Bildirilir ki, belə bir açıqlama Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində verilib. Çemezovun sözlərinə görə, artıq kredit verilib, avans ödənişlər edilib: “Kredit vəsait xərclənib, texnika istehsal edilib”.

O, həmçinin qeyd edib ki, Rusiya tərəfi türk mütəxəssislərin “S-400” üzrə təlimlərini də başa çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru