Türkiyə son dünya çempionunu meydandan sildi – AVRO-2020

9-06-2019, 09:49           
Türkiyə son dünya çempionunu meydandan sildi – AVRO-2020
AVRO-2020-nin seçmə mərhələsinin 3-cü tur qarşılaşmasında Türkiyə Fransanı qəbul edib.

“AzPolitika” xəbər verir ki, H qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan Türkiyə millisi, bu dəfə Fransanı sözün əsl mənasında meydandan silib. Oyun boyu son dünya çempionuna şans tanımayan qardaş ölkə çətinlik çəkmədən qələbə qazanmağı bacarıb. Türkiyəyə 3 xalı, qrupda liderliyi və tarixində Fransaya qarşı ilk qələbəsini qazandıran qolları 30-cu dəqiqədə Kaan Ayxan və 40-cı dəqiqədə Cengiz Önder vurub.

Xatırladaq ki, Türkiyə H qrupunda Fransa, İslandiya, Albaniya, Moldova və Andorra ilə mübarizə aparır. 3 turdan sonra Türkiyə 9 xalla qrupun vahid lideridir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru