SON DƏQİQƏ: Türk ordusu hücuma keçdi - Qisas ALINDI
10-06-2019, 00:00
Suriyanın Azez bölgəsində yerləşən Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi bazaya hücum edilib. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb. Məlumata görə, PKK/PYD terrorçularının hücumu nəticəsində türk ordusunun 1 əsgəri şəhid olub, daha 4 əsgər yaralanıb. Türkiyə Müdafiə Nazirliyi keçirilən əməliyyat nəticəsində şəhidlərin qisasının alındığını açıqlayıb.