İslandiya mətbuatı yazdı: “QƏZƏBLƏNMİŞ TÜRKLƏR...”
10-06-2019, 19:59
Avro-2020 çempionatının seçmə mərhələsində İslandiya ilə qarşılacaq olan Türkiyə millisi Fransa yığmasını 2:0 hesabı ilə məğlub elədikdən sonra İslandiyaya yola düşüb. Türkiyənin milli komandası Reykjavik yaxınlığındakı Keflavik Hava limanında qalmaqallı şəkildə üç saat gözlədilib. Mətbuat işçilərinə açıqlama verən Emre Belözoğlunun yanına jurnalist kimi yaxınlaşan bir şəxs ona tualet fırçasını uzadıb. Bu hörmətsizlik Türkiyədə böyük narazılığa səbəb olub, İslandiya mətbuatında da geniş şəkildə əks etdirilib.
İslandiya mətbuatı türk futbolçuların xüsusi təhlükəsizlik yoxlamasından keçmələrindən və pasportlarının dərindən yoxlanılmasından narahat olduqlarını yazıb. Xəbərdə bunun səbəbi kimi “uçuşun tədqilənməmiş hava limanı olan Konyadan həyata keçirilmiş olması” yazılıb.
Türkiyə İslandiyaya “vəziyyəti qınayan nota” verib, məsələ ilə bağlı açıqlamada “Problemsiz keçid üçün yazışmalar aparılmasına rəğmən, bu problemlərin baş verdiyi” bildirilib.
İslandiyanın “Morgunblaðið” adlı qəzeti Emre Belözoğluna uzadılan tualet fırçasından bəhs edilən xəbərində, türk sosial şəbəkə istifadəçilərinin #TurksAreComingForIceland (Türkler İslandiya üçün gəlir) işarəsi ilə baş verən hadisələrə etirazlarını bildirdikləri yazılıb, island və türk istifadəçilərin sosial mediada “Google Translate” proqramının yardımı isə söz döyüşünə çıxdıqları qeyd edilib.
İslandiyanın ən yüksək tirajlı qəzetlərindən olan “Fréttablaðið” nəşri tualet fırçasının uzadılmasına əsəbiləşənləri “qəzəblənmiş türklər” adlandırıb.
Hurriyyet.org