Rusiyadan SON DƏQİQƏ S-400 açıqlaması: ABŞ-ın təzyiqləri...

11-06-2019, 18:02           
Rusiyadan SON DƏQİQƏ S-400 açıqlaması: ABŞ-ın təzyiqləri...
“Bütün öhdəliklərimiz mövcud razılaşmalar çərçivəsində, zamanında və hər hansı bir kənaraçıxma olmadan yerinə yetiriləcək”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi ilə bağlı danışan Rusiyanın Xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib.

Jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, ABŞ-ın təzyiqi razılaşmada dəyişiklik yaratmayacaq.

“Bu şantaj sadəcə Türkiyəyə istiqamətləndirilnməyib. Bu, Rusiya ilə hüquq çərçivəsində hərbi-texniki əməkdaşlıq quran bütün ölkələrə tətbiq olunur” -, Ryabkov deyib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxan türkiyəli həmkarı Hulusi Akara məktub yollamışdı. Məktubda qeyd olunmuşdu ki, 31 iyula qədər Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi almaqdan imtina etməsə, F-35 pilotlarının təlimləri dayandırılacaq və Türkiyə proqramdan çıxarılacaq.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Mayk Endryus F-35 proqramı çərçivəsində türk pilotlara verilən təlimləri dayandırdıqlarını açıqlayıb.

Xatırladaq ki, kompleksin Türkiyəyə tədarükü iyul ayına təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru