Türkiyədə partlayış: 21 hərbçi yaralandı

11-11-2015, 09:57           
Türkiyədə partlayış: 21 hərbçi yaralandı
Yaralılardan birinin vəziyyəti kritikdir

Türkiyənin Diyarbəkir əyalətinin Silvan şəhəri yaxınlığında PKK terrorçularının yol kənarında quraşdırılmış partlayıcı qurğunun işə salması nəticəsində 21 hərbçi yaralanıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyəti kritikdir.

Məlumata görə, partlayış bir qrup hərbçi Diyarbəkirdən əməliyyatın keçirildiyi Silvan şəhərinə yollanarkən törədilib.

Terrorçuların müəyyənləşdirilərək məhv etdirilməsi üçün insidentin baş verdiyi ərazidə irimiqyaslı əməliyyat keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru