Putinin Krım PLANI: bu, tatarlar sürgün edilmısi deməkdi
11-11-2015, 10:03
“Krım Rusiyanın tərkibində qalacağı halda, yarımada yenə də Krım tatarlarından təmizlənmiş bir ərazi olacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Krım Tatar Məclisinin başçısı, Ukrayna Ali Radasının deputatı Refat Çubarov ölkə mediasına açıqlamasında deyib.
“Fərqli rejimlərin təsiri altında Rusiya təcrübəmiz var. Bu çox qorxunc və əsrlərdən gələn bir təcrübədir. Krımın Rusiyaya bağlı qalması Krım tatarlarının öz torpaqlarından qovulması deməkdir. Krım yenə də Krım tatarlarından təmizlənmiş yer olacaq. Putin Krımın ilhaqından sonra ortaya çıxan şüarı həyata keçirəcək: “Krım tatarlarından təmizlənmiş Krım”. Stalin də bu şüarı həyata keçirmiş, amma on illər sonra Krım tatarları tarixi vətənlərinə qayıtmışdı”, - Çubarov söyləyib.
İndiki rejimdə Krım tatarlarının yarımadada yaşaya bilməyəcəyini deyən ukraynalı deputatın sözlərinə görə, Rusiya Krıma hər zaman yerli xalqı yox etmək üçün gəlib.