Öcalanın qardaşı oğlu intihar etdi

11-11-2015, 17:20           
Öcalanın qardaşı oğlu intihar etdi
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın qardaşı oğlu intihar edib.

teref.az Aznews.az-a istinadən xəbər verir ki, Abdullah Öcalanın Avstriyanın paytaxtı Vyanada yaşayan qardaşı oğlunun anbarda meyidi tapılıb. İntihar etdiyi iddia edilən 36 yaşlı Hüseynin cənazəsi dəfn edilmək üçün Türkiyəyə göndərilib.

Qeyd edək ki, Hüseyin İldırım 8 ay öncə itkin düşüb. Ondan heç bir xəbər ala bilməyən ailəsi Hüseynin tapılması üçün təhlükəsizlik güclərinə müraciət edib. Amma bu müddət ərzində onun tapılması mümkün olmayıb.

Bir neçə gün əvvəl İldırım ailəsinin yaşadığı bölgə yaxınlığındakı bir anbarda pis qoxu gəldiyi üçün axtarış aparılarkən Hüseynin meyidi tapılıb.

Araşdırma zamanı onun iplə intihar etməsi müəyyənləşib. Daha sonra onun cəsədi ailəsinə təhvil verilib.

Hüseyn İldırım anadan olduğu bölgədə dəfn olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru