Azərbaycan türklərindən İran rejiminə qarşı irqçilik üsyanı - Türkiyə qəzetləri bu başlıqla çıxdı
13-11-2015, 20:46

Güney Azərbaycanda baş verən hadisələr Türkiyə mediasında da yer alıb.
Avropa.info xəbər verir ki, Türkiyənin rəsmi Anadolu Agentliyi Güney Azərbaycandakı aksiyalarla bağlı geniş yazı dərc edib. Qeyd edək ki, həmin yazı Türkiyənin "Sabah", "Diriliş Postası", rəsmi "Türkiyə" qəzeti, "Radikal" qəzeti, "Timetürk" saytı, "Haberler.com" kimi 10-la saytda yayımlanıb.
İran dövlət televiziyasında keçən həftə yayımlanan bir proqramda, ölkədəki azərbaycanlıların təhqirə məruz qalmasın etiraz aksiyaları ilə nəticələnib.
Dövlət televiziyasında yayımlanan "Fitil" adlı uşaq proqramının keçən həftə efirə çıxan sayında oteldən gələn xoşagəlməz qoxudan şikayətçi olan və Azərbaycan dilində danışan bir ata-oğula, otel işçisinin verdiyi cavab ölkədəki azərbaycanlıların qəzəbinə səbəb olub. Belə ki, otel işçisi ata və oğula cavab olaraq qoxunun onların ağzından gəldiyini deyib və onların dişlərini tualet fırçası ilə yuduğuna işarə edib.
Hadisəyə qarşı başda Təbriz olmaqla azərbaycanlıların çox yaşadığı yerlərdə etiraz aksiyaları keçirilib və polislə dinc əhali arasında qarşıdurma yaşanıb. Reaksiyaların artması ilə İran Radio və Televiziyasının baş direktoru Məhəmməd Sərəfraz verdiyi yazılı açıqlamada İran azərbaycanlılarından üzr istəyib.
İranda təxminən 30 milyon nəfərə çatan və farslarla birlikdə ölkənin ən böyük etnik tərkibini təşkil edən azərbaycanlılar ölkədə siyasət və iqtisadiyyatda mühüm postları tutsalar da Azərbaycan dilinin rəsmi dil olması, öz dillərində təhsil-tədris kimi tələblərinin qarşılanmaması səbəbiylə İrandakı rejim ilə problem yaşayır.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ekspertlər İrandakı azərbaycanlıların reaksiyasının arxa planında onların əldə edə bilmədiyi siyasi və mədəni tələblərinin durduğunu söyləyiblər.
Türkiyənin Giresun universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin dekanı, "İranda Milliyyətçilik" kitabının müəllifi doktor Yalçın Sarıqaya, İrandakı türkləri hər hansı bir ölkədəki bir azlıq olaraq görməyin mümkün olmadığını vurğulayaraq, təxminən 1000 ildir, bu coğrafiyanın siyasi tarixindəki hadisələrin formalaşmasında türklərin ciddi rolu olduğunu bildirib.
İran türklərinin ana gövdəsini təşkil edən azərbaycanlıların bu təcrübənin ən böyük varisi olduğunu söyləyən Sarıqaya, özünü heç bir zaman azlıq və ya sonradan gəlmə kimi görməmiş bir cəmiyyət olaraq sahibi olduqlarına inanmaq istədikləri dövlətə aid media vasitələrində bu cür təhqiramiz ifadələrin yer almasına reaksiya göstərmələrinin normal olduğunu söyləyib.
Yalçın Sarıqaya, 2006-cı ildə dövlətə aid bir qəzetdə yenə azərbaycanlıların qəzəbinə tuş gələn ifadələrin yer aldığı bir karikaturadan sonra onlarla insanın ölümü və yaralanması ilə nəticələnən "karikatura böhranını" hadisələrini xatırladaraq bunları deyib:
"2006-cı ildə baş vermiş hadisələr həqiqətən İranın yaxın dövr tarixində çox mühüm sayıla biləcək böyüklükdə hadisələr idi. Aradan keçən 10 ilə baxmayaraq bənzərinin yaşanması onu deməyə əsas verir ki, bu mövzuda ya lazım olan dərslər alınmayıb, ya da İran tərəfi məsələyə kifayət əhəmiyyət vermir."
İranın Beheşt universiteti Siyasi Elmlər fakültəsinin müəllimi doktor Məhəmməd Muhibbi isə məsələnin sadə bir televiziya proqramına reaksiya olmadığını, hadisənin arxa planında başqa şeylərin olduğunu söyləyib. O "Fitil" adlı proqramda İranda yaşayan azərbaycanlıları incidən qəsdən və ya bilməyərəkdən yayımlanan dialoqların İran cəmiyyətindəki çatları yenidən aktivləşdirdiyini bildirib.
İranlı tədqiqatçı yazar Məhəmməd Rahmanifərd isə bu cür hadisələrin plansız olmayacağını söyləyib. İrandakı azərbaycanlıların də bu kimi hadisələrin anidən ortaya çıxmadığına inandığını vurğulayan Rahmanifərd bu düşüncənin arxasında da müxtəlif yollarla İran azərbaycanlılarının təhqir edilməsi olduğunu bildirib.
"Bu irqçiliyin əsl səbəbi İrana müasirliyin girdiyi illərə təsadüf edir. İranlı ziyalılar İslamdan əvvəlki tarixə əsaslanaraq və fars dillərini və fars mədəniyyətinin üstün olduğu fərziyyəsinə inanıblar."
İrandakı azərbaycanlılar bundan əvvəl də bir çox dəfə özlərinin alçaldıldığı səbəbi ilə etiraz aksiyaları keçirmişlər. Bunlardan ən böyüyü isə 2006-cı ildə baş verən karikatura böhranı idi. Sabiq prezident Mahmud Əhmədinejad dövründə baş verən karikatura böhranı, ölkədə geniş diametrli etiraz nümayişlərinə səbəb olmuşdu.