Ərdoğandan "məxməri inqilab"ların "pul kisəsi"nə tərs şillə - Görüş xahişini rədd etdi

14-11-2015, 08:14           
Ərdoğandan "məxməri inqilab"ların "pul kisəsi"nə tərs şillə - Görüş xahişini rədd etdi
Türkiyənin "Axşam" qəzetinin yazarı Murat Kelkitoğlu maraqlı bir hadisəni açıqlayıb.

Avropa.info xəbər verir ki, Kelkitoğlu Gəzi hadisələrində küçələri müharibə meydanına çevirən, vətəndaşlara zərər vuran vandalları dəstəklədiyini etiraf edən macar əsilli milyarder Corc Sorosun o zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rədd edildiyini bildirib.

Murat Kelkitoğlu iddia edib ki, 1 noyabr seçkilərində AKP-nin qələbəsindən sonra, Soros Ərdoğanla görüş üçün maraciət etsə də, Türkiyə prezidenti bu xahişi rədd edib.

Gəzi hadisələrində Türkiyəyə qarşı hər cür çirkin planlarını işə salan Soros, 1 noyabrda ortaya çıxan 49.5 faizi görüb dərhal fikirini dəyişdi. Türkiyəyə gəlmək istədi.

1 noyabrdan sonra tarazlıqlar tamamilə dəyişdiyi üçün Soros, Prezidenti Ərdoğanla görüşmək istədi. Ehtimal ki, daha öncə etdikləri üçün, üsr istəyəcək, yeni vəziyyətdə özü üçün uyğun bir plan seçəcəkdi. Ancaq, istədiyi olmadı, Ərdoğan Sorosa randevu vermədi."

Qeyd edək ki, milyorder Corc Soros "Soros Fondu"nun qurucusudur. O bir çox ölkələrdə məxməri inqilabların həyata keçirilməsinin əsas sponsorlarından sayılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.