Millət vəkillərinin andiçməsində QALMAQAL: - Ərdoğana baxıb söz atdılar

17-11-2015, 21:03           
Millət vəkillərinin andiçməsində QALMAQAL: - Ərdoğana baxıb söz atdılar
Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin (TBMM) andiçmə mərasimində qalmaqal yaşanıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK-snın siyasi qanadı Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Leyla Zana and içmək üçün kürsüyə çıxarkən dövlət başçısına söz atıb.
Belə ki, o, tribunaya gedərkən prezident Rəcəb Tayyib Ərdoğana baxaraq kürdcə 'Biji aşiti' (yaşasın sülh) deyib.

O, andiçmənin mətnini də bilə-bilə səhv oxuyub. Leyla Zana andiçmədə “böyük türk milləti” yerinə “böyük Türkiyə milləti” ifadəsini işlədib.

TBMM-ə müvəqqəti sədrlik edən Dəniz Baykal isə HDP-li millət vəkilini yenidən andiçməyə çağırsa da, o, kürsüyə geri qayıtmayıb.

Leyla Zana daha sonra parlamenti tərk edib.

Qeyd edək ki, bu gün TBMM-də yerli vaxtla yeni seçilən millət vəkillərinin andiçmə mərasimi başlayıb.

Məlumat üçün onu da bildirək ki, Türkiyədə 1 noyabrda keçirilən növbədənkənar parlament seçkisində Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı təkbaşına qurmaq üçün lazım olan səsi toplayaraq qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru