Suriyadakı iki Azərbaycan kəndi terrorçulardan təmizlənib

21-11-2015, 14:09           
Suriyadakı iki Azərbaycan kəndi terrorçulardan təmizlənib
Türkiyə və ABŞ qırıcılarının terrorçu İŞİD-in Suriya-Türkiyə sərhədi yaxınlığındakı mövqelərini bombalaması nəticəsində iki kənd terrorçulardan təmizlənib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, anti-terror əməliyyatı gecə saatlarında Suriyanın Hələb şəhərinin şimalında, Türkiyə-Suriya sərhədində, Türkiyənin Kilis rayonu ilə üzbəüz qonşu ölkənin Harcele və Delha kəndlərində keçirilib. Hər iki yaşayış məntəqəsinin terrorçulardan təmizləndiyi haqda informasiya yayılıb.

Xəbərdə bildirilib ki, türkmənlərdən ibarət Bəşşar Əsəd rejiminə müxalif Sultan Murad briqadası İŞİD-in 70-dən çox silahlısını məhv edib.

Məlumata əsasən, Türkiyənin 6 "F-16", 4 "F-15" və bir "AC-130" və 3 pilotsuz uçan aparatının əməliyyata havadan dəstəyi nəticəsində müxalif qruplar terrorçuları adıçəkilən türkmən kəndlərindən çıxara bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru