“Traxtor” oynadı, azərbaycanlılar tutuldu - VİDEO

21-11-2015, 14:10           
“Traxtor” oynadı, azərbaycanlılar tutuldu - VİDEO
Dünən Təbrizin “Səhənd” stadionunda yerli “Traxtor” klubu “Siyahcameqan” komandası ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, görüşdə komandaların heç biri uğur qazana bilməyib və oyun heç-heçə başa çatıb.

Oyun zamanı stadionda olan azərbaycanlı azarkeşlər dayanmadan müsabiqədə “Azərbaycan milləti – Çəkməz belə zilləti”, “Hüseyn-Hüseyn şüarımız – Türk olmaq iftixarımız”, “Ölüm olsun faşizmə”, “Haray-haray, mən türkəm”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Türk dilində mədrəsə – olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndiriblər. Qarşılaşma başa çatdıqdan sonra isə “Traxtor” azarkeşləri stadiondan kənarda da müxtəlif şüarlar səsləndirərək, aksiya keçiriblər. Nəticədə bir neçə nəfər şəxs saxlanılıb.

Saxlanılanların milli fəallar Mehdi Şərifi, Məhəmməd Şirzad, Mehdi Şirzad, Cəfərpur, Hadi Hüseynzadə və Məcid Nağızadə olduğu bildirilib.

Qeyd edək ki, hazırda İran çempionatında “Traxtor” klubu 10-cu pillədə qərarlaşıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru