PKK-dan ayrılmalar artır, 618 terrorist təslim oldu

22-11-2015, 21:44           
PKK-dan ayrılmalar artır, 618 terrorist təslim oldu
PKK terror təşkilatına yönəlmiş əməliyyatların artmasının ardından təşkilatdan qopmalar artıb, iyun ayından bəri 618 terrorist PKK-dan qaçıb təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə təhlükəsizlik qüvvələrinin PKK terror təşkilatına qarşı həyata keçirdikləri əməliyyatlar təşkilata böyük zərbə vurub. Belə ki, Türk Silahlı Qüvvələrinin İraqın şimalında terroristlərə aid hədəflərə təşkil etdiyi hava əməliyyatlarında çoxlu sayda terrorist ələ keçirilib.

Musavat.com Türkiyə Kİv-lərinə istinadən xəbər verir ki, terroristlərə aid sığınacaq, silah-sursat yox edilib və terror təşkilatının çevrəsi daraldılıb. Bunun ardından təşkilatdan ayrılanların, təslim olanların sayı da artıb.

Polis və hüquq-mühafizə orqanlarının terrorçuların təsiri altında olan bölgələrdə həyata keçirdikləri əməliyyatlar PKK-nın mövqelərinə ağır zərbə vurub.

Son məlumatlara görə, iyun ayından bu yana, 618 terrorist, təşkilatdan qaçıb təhlükəsizlik orqanlarına təslim olub. Bu terroristlərin əksəriyyətini PKK-nın İraqın şimalındakı düşərgələrindən gələnlər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru