Cem Yılmaz Azərbaycandan danışdı - VİDEO

24-11-2015, 12:21           
Cem Yılmaz Azərbaycandan danışdı - VİDEO
Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz bu günlərdə nümayişə olunan "Ali Baba və 7 Cücələr" filmində səslədirdiyi müğənni İradə İbrahimovanın "Neyləyək alınmadı" mahnısından bəhs edib.

“Qafqazinfo”nun məlumatına görə, aktyor mahnının həmkarı Zafer Alagözün təklif etdiyini bildirib:

“Mahnını İradə İbrahimovadan dinləmişdik, filmin ssenarisinə salmamışdıq. Filmdə Kənan Məmmədovla Boris Manço qarşılaşır və bir-birlərini bu mahnı ilə xatırlayırlar. Mahnı üçün çox məşq etdik. Bu mahnıdan sonra Azərbaycandan çoxlu mahnılar göndərilir. Zafer Alagöz ötən günlərdə bizə gənc müğənni Rauf Əhmədovun mahnısını göndərib. Raufun mahnısını sosial şəbəkədə paylaşdıq və Azərbaycan televiziyalarında bu addımımız xəbərə çevrildi. Rauf da bizə təşəkkür etdi. 3 həftə sonra filmimiz Azərbaycanda nümayiş olunmağa başlayacaq. Türkiyədə bizi sevən insanlar azalsa, Azərbaycana gedərik”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru