Türkmən dağında rus təyyarəsi vuruldu- Türkmənlər üçün poyraz yeli əsdi VİDEO

24-11-2015, 13:55           
Türkmən dağında rus təyyarəsi vuruldu- Türkmənlər üçün poyraz yeli əsdi VİDEO
Suriyanın Latakiya vilayətinin səmasında hərbi təyyarə partlayaraq yerə düşüb. Olay Türkiyə ilə sərhədin yaxınlığında baş verib.
Habertürk bildirir ki, təyyarənin Türkmən dağının yaxınlığında vurulduğu deyilir.
Türkmən dağı Suriyanın Bayırbucaq bölgəsində, yerli əhalinin tam əksəriyyəti türkmənlər olan məkanda yerləşir. Suriya ordusu Rusiya hərbi təyyarələrinin dəstəyi ilə bu bölgəyə hucumdadır.
Son məlumatlara görə, Rusiyanın hərbi təyyarəsi Türkmən dağı bölgəsində Türkiyənin hava sərhədini pozub və Türkiyə HHQ-nin təyyarələri də onu vurub salıblar.
Al Jazeera isə Rusiyanın təyyarıəsinin türkmənlər tərəfindən vurulduğunu iddia edib.
[media=https://www.youtube.com/watch?v=5HrJanphuS4]
[media=https://www.youtube.com/watch?v=tWeBrDoOZhI]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru