Rusiya təyyarəsi Türkiyə sərhədini belə pozub – XƏRİTƏ

24-11-2015, 23:10           
Rusiya təyyarəsi Türkiyə sərhədini belə pozub – XƏRİTƏ
Türkiyə Müdafiə Nazirliyi Suriya ilə sərhəddə vurulan Rusiyanın “Su-24” tipli təyyarəsinin uçuş trayektoriyasını əks etdirən xəritəni yayımlayıb. Bu barədə AzVision.az “CNN Türk”-ə istinadən xəbər verir. Xəritədən məlum olur ki, Rusiya təyyarələri Suriya üzərində uçan zaman müəyyən zaman kəsiyində Türkiyə ərazisinə daxil olublar.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru