Türkiyənin vurduğu Rusiyanın “Su-24” təyyarəsinin ikinci pilotu suriyalı hərbçilər tərəfindən təxliyə edilib

25-11-2015, 11:26           
Türkiyənin vurduğu Rusiyanın “Su-24” təyyarəsinin ikinci pilotu suriyalı hərbçilər tərəfindən təxliyə edilib
Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” təyyarəsinin ikinci pilotu suriyalı hərbçilər tərəfindən təxliyə olunub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Al Mayadeen” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, pilotla əlaqə altı saat davam edən axtarışdan sonra bərpa olunub. Suriya ordusunun xüsusi təyinatlıları rusiyalı pilotu silahlıların nəzarəti altında olan ərazidən iki saata çıxara bilib.

Hazırda pilotun Rusiyanın Xmeymim aviabazasında təhlükəsiz şəraitdə olduğu qeyd edilir.

Məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru