Rus pilotu öldürən türkmən deyil, Türkiyəli MHP-çi imiş - FOTOLAR

25-11-2015, 15:38           
Rus pilotu öldürən türkmən deyil, Türkiyəli MHP-çi imiş - FOTOLAR
Rusiyaya məxsus təyyarənin F16-lar tərəfindən vurulmasından sonra verdiyi açıqlamalarla türkiyə mediasında "Türkmən sərkərdə" kimi təqdim edilən Alparslan Çelikin əslində türkmən olmadığı ortaya çıxıb.

FaktXəbər-in məlumatına görə, Alparslan Çelik əslində Türkiyənin Elazığ vilayətindən olan MHP-çidir.

Lazkiyənin şimalında vurulan təyyarə ilə bağlı Türkiyənin Doğan Haber Ajansına "Türkmən sərkərdə" kimi açıqlama edən Çelik, "Pilotlardan ikisini də paraşütlə düşərkən vurduq" açıqlamasını vermişdi.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Çelik Türkmən dağı və ətrafında döyüşən "2-ci Sahil Diviziyası" adlı qruplaşmasının komandiridir.

Onun atası Elazığın Keban rayonunun MHP-li keçmiş bələdiyyə sədri Ramazan Çelikdir. O, 2014-cü ildən silahlı qruplaşmalara qoşularaq əvvəlcə İraqda döyüşüb, sonra isə Suriyaya keçib.

Onun atası Ramazan Çelik oğlu ilə qürur duyduğunu bildirərək, "Lazım gəlsə, mən də getməyə hazıram", - deyib.

1994-1999 və 2004-2009-cu illər arasında 10 il Keban Bələdiyyə sədri olan MHP-li Ramazan Çelik oğlunun öz istəyi ilə getdiyini deyib.



Alparslan Çelikin dostlarından biri "Elazığ konserinden sonra Bingölde hareket" yazıb və Alparslan Çeliklə birgə olduğunu vurğulayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.