Ərdoğandan təyyarə ilə bağlı yeni açıqlama - "Hadisəni gərginləşdirmək istəmirik, amma..."
25-11-2015, 20:22
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən vurulan rus təyyarəsi ilə bağlı yenidən açıqlama verib.
Avropa.info xəbər verir ki, Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 31-ci iclasında çıxış edib.
O yenidən Türkiyə-Rusiya münasibətlərinə aydınlıq gətirərək bunları bildirib:
“Bu hadisəni gərginləşdirmək kimi bir düşüncəmiz qətiyyən yoxdur. Amma öz təhlükəsizliyimizi və qardaşlarımızın hüquqlarını müdafiə edirik. Bir həftədir Laziqiyyə şəhərinin şimalında, türkmənlərin olduğu bölgədə sərhədlərimizə tərəf köç başlamışdır. Amma insanlar doğma yurd-yuvalarını tərk etməyərək bu torpaqları qorumaq üçün mübarizə aparır. Səmimi olmağımız lazımdır.”