Sevil Nuriyeva Rəşad Məcidlə salamı kəsdi - Sərt ifadələr
25-11-2015, 20:54
Tanınmış jurnalist Sevil Nuriyeva "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Türkiyə Rusiyaya üzrxahlıq etməlidir" fikrinə sərt rekasiya verib.
Moderator.az-ın xəbərinə görə, Sevil Nuriyeva öz Facebook səhifəsində bu fikri şiddətlə qınadığını yazıb.
Sevil Nuriyevanın statusunu təqdim edirik: "Rəşad Məcidin "Türkiyə Rusiyadan üzr istəməlidir" bəyanını şiddətlə qınayıram. Vı sadəcə qınamıram, dostluğumu pozuram. Salamımı kəsirəm. Ümumiyyətlə Türkiyə məsələsinə Rusiya, İsrail, İran, Əsəd, Gülən prespektivindən baxan hər kəsi. Susub zamanı gözləyənləri, "baxım, görüm nə olacaq, sonra danışaram" deyənləri adam saymıram. Acığı düşmənim belə hesab etmirəm. Bir heçsiniz".