Türkiyə mediası Rusiyanı "köpək" adlandırdı - FOTO

26-11-2015, 15:57           
Türkiyə mediası Rusiyanı "köpək" adlandırdı - FOTO
Rusiyanın Suriyadakı hərbi kontingentinə aid Su-24 bombardmançısının Türkiyə səmasında vurulmasından sonra Ankara və Moskva arasındakı münasibətlərin həddən artıq gərginləşməsi bu gün də davam edib.



Səbəb isə Türkiyə mediasında britaniyalı jurnalistin məqaləsinin başlığını yanlış tərcümə edərək tirajlamasıdır.
Milli.Az bildirir ki, Britaniyanın nüfuzlu The Guardian qəzetinin Moskvadakı xüsusi müxbiri Şon Uolkerin (Shaun Walker) dünən qəzetdə dərc olunan "Türkiyə hərbçiləri Rusiya təyyarəsinə edilən xəbərdarlıqların audioyazısını yaydılar" (Turkish military releases recording of warning to Russian jet) məqaləsinin tərcümə olunmuş variantı Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrində yayılıb.

Lakin məqalənin başlığı "Hürən köpək dişləməz" ("Havlayan köpek ısırmaz") kimidir.

Şon Uolker bununla bağlı olaraq Twitter-dəki akkauntunda Türkiyə mediasına xitabən ironiya ilə yazıb: "Hamı bilir ki, Rusiya köpək yox, ayıdır".
Rusiyanın XİN mənsubları olayla bağlı məlumatlandıqlarını və "müvafiq açıqlama ilə çıxış ediləcəyini" bildiriblər.


Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.