Ərdoğan: "Türkiyə təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydi..."

26-11-2015, 23:40           
Ərdoğan: "Türkiyə təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydi..."
Türkiyə vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydi, başqa cür addım atardı. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.

“Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq”, deyə Ərdoğan bildirib.

Ərdoğan “France 24” telekanalına müsahibəsində həmçinin qeyd edib ki, vurulan Su-24 təyyarəsinin Rusiyaya məxsus olduğu müəyyən ediləndən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışıb, lakin o cavab verməyib.

Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl “BBC”-yə müsahibəsində Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsinin vurulmasına görə Kremldən üzr istəmək niyyətində olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru