Türkiyə Nardaran hadisələrinə terror dedi

27-11-2015, 14:50           
Türkiyə Nardaran hadisələrinə terror dedi
“Biz Azərbaycana bu məsələdə də dəstək göstərəcəyik”.

Dünən Azərbaycanda baş verən terror hadisəsində iki polisin ölümü ilə bağlı Azərbaycana başsağlığı veririk.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında bu sahədə də işbirliyi var:

“Biz Azərbaycana bu məsələdə də dəstək göstərəcəyik. Təəssüf ki, Türkiyənin belə bir təcrübəsi var. Ümid edirik ki, Türkiyə və Azərbaycanda bir də terror olmayacaq”./oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru