Almaniyadan Türkiyəyə gözlənilməz dəstək

5-10-2019, 10:18           
Almaniyadan Türkiyəyə gözlənilməz dəstək
Alman nazir ötən gün Avropa Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşları üzrə komissarı Dimitris Avramopoulosla birgə Türkiyəyə səfərə gəlib

"Biz Türkiyəyə hər zaman istənilən məsələdə dəstək olmağa hazırıq". Sputnik Azərbaycan "Sözcü.com"-a istinadən xəbər verir ki, bunu Ankarada Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə görüşü zamanı Almaniya Daxili İşlər naziri Horst Zeehofer bildirib.

Alman nazir ötən gün Avropa Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşları üzrə komissarı Dimitris Avramopoulosla birgə Türkiyəyə səfərə gəlib.

"Bu səfər Türkiyə ilə Avropa İttifaqı arasında olan qaçqınlarla bağlı razılaşmanı gücləndirəcək. Biz Türkiyəni hər zaman istənilən məsələdə dəstəkləməyə hazırıq. Qaçqın məsələsi tək bir ölkənin həll edə biləcəyi məsələ deyil" - deyə Zeehofer qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru