Rusiya təyyarələri Türkiyə sərhədini vurdu – 5 ölü, 10 yaralı

27-11-2015, 21:45           
Rusiya təyyarələri Türkiyə sərhədini vurdu – 5 ölü, 10 yaralı
Türkiyə-Suriya sərhədində növbəti insident yaşanıb. Rusiya təyyarələri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Reyhanlı ərazisinə yaxın Maarat əl Numan qəsəbəsinə iki raket zərbəsi endiriblər.

Suriyanın İdlib şəhərinə bağlı olan, lakin Türkiyə ilə sərhədin bir addımlığında olan qəsəbənin vurulmasının məlum təyyarə insidenti ilə bağlı Ankaraya cavab olması istisna edilmir.

Raketlər yaşayış məntəqəsinə düşdüyündən bir neçə binada çökmə olub, insanlar dağıntılar altında qalıblar.


İlkin məlumatlara görə, 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Yerli əhali dağıntılar altında qalan insanları xilas etmək üçün səfərbər olunub. (Strateq.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru