Ukraynalı deputatlardan rus təyyarəsini vuran pilota hədiyyə

28-11-2015, 12:21           
Ukraynalı deputatlardan rus təyyarəsini vuran pilota hədiyyə
Ukrayna Ali Radasının deputatları Yuliy Mamçur və Aleksey Qonçarenko simvolik olaraq Suriyada Rusiya təyyarəsini vuran türk pilotu mükafatlandırıblar.

AzVision.az “112” telekanalına istinadən xəbər verir ki, deputatlar bununla bağlı Türkiyənin Kiyevdəki səfirliyi önündə aksiya keçiriblər.

Qonçarenko səfirliyinin qapısına pilota təqdim olunan mükafatı simvolizə edən üzərində ay olan beşguşəli ulduz yerləşdirib.

Aksiya iştirakçıları bəyan edib ki, rus təyyarəsinin vurulması Türkiyənin öz sərhədlərini qorumağa hazır olduğunu göstərir. Qonçarenko Avropa İttifaqını Moskvaya qarşı sərt reaksiya göstərməməkdə ittiham edib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.