Ruslar TV kanallarında "Boz Qurd" lardan əl çəkmirlər - Deyəsən Qurdun şilləsi ayıya bərk təsir edib VİDEO/FOTO
28-11-2015, 23:37
teref.az - Rusiyanın odioz TV kanalı olan ROSİYA 24 kanalı yenə "gül" vurdu. Anti TÜREK isteriyasında xüsusi yeri və çəkisi olan bu kanal ikinci dəfədir ki, türkmanların torpaqlarını bombalayaraq qaçan rus bombardmançısını vuranları faşist adlandırdı. Görünür ruslar cəzasız olaraq türkman uşaqlarını öldürmək arzularının boşa çıxdığını başa düşüblər. Alparslan Çelikin isə vətən torpaqlarını qorumaq üçün türkmanlara kömək etməsini isə az qala beynəlxalq skandala çevirən ruslar hətta türkmanların özlərini qorumaq haqqını belə deyəsən tanımaq istəmir. Deyəsən ruslar elə bilir ki, harda kimi istəsələr öldürə bilərlər. Amma görəsən onlardan soruşan var ki, rus balası sən bu türkün vətənində nə edirsən? Alparslan türkdür və türk torpaqlarında olması təbiidir. Bəs ruslar bu torpaqlarda nə axtarırlar? Ölüm axtarırlarsa vətənlərini qoruyan "Boz Qurd"lardan onu qəbulı etsinlər!! teref.az videonu sizə təqdim edir: [media=https://www.youtube.com/watch?v=NPVPLM3BdG0&feature=youtu.be]