Rusiyanın Türkiyədən 3 böyük tələbi

30-11-2015, 03:40           
Rusiyanın Türkiyədən 3 böyük tələbi
Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Markov Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün ölkəsinin şərtlərini açıqlayıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Markov Ankaranın üç şərti yerinə yetirməli olduğunu deyib.
1.Təyyarənin Suriyanın hava məkanında vurulmasının qəbul edilməsi.
2. Türkiyənin bu hadisəyə görə üzr istəməsi.
3.Günahkarların cəzalandırılması.
“Təyyarə böhranına qədər biz Türkiyəni dost ölkə olaraq görürdük. Lakin hərbi təyyarəmiz vurulur və pilotumuz öldürülürsə, biz bunu düşmən davranış kimi qiymətləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvinin olduğunu biz əvvəl də görürdük, lakin Türkiyə ilə çox yaxın əlaqələrimiz olduğu üçün bunu açıq şəkildə dilə gətirmirdik. Ancaq indi açıq danışmağımız üçün heç bir maneə yoxdur”, – Putinin məsləhətçisi bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.