Ərdoğanla Obama razılaşdı: 98 km-lik sərhədə 30 min türk əsgəri

30-11-2015, 05:17           

"Wall Street Journal”ın verdiyi xəbərə görə, Avropada yenidən Paris terroruna bənzər hadisələrin baş verməməsi üçün Qərb ölkələri İŞİD silahlılarının ən çox keçid etdiyi Cerablus-Çobanbəy məntəqəsini nəzarət altına alınması üçün qəti addımlar atmağa başlayıblar. Jurnal bu mövzunun G20 sammitində Ərdoğanla Obama arasında müzakirə olunduğunu, türk liderin buna müsbət yanaşdığını yazır. Bu məqsədlə 98 kilometrlik sərhəd boyunca 30 min türk əsgərnin yerləşdirilməsi nəzərdə tutulur. Ankara isə bölgənin cənubunda İŞİD-in varlığına son qoymaq üçün təşkil ediləcək quru əməliyyatlarına ərəb və türkmənlərin qatılmasını, ABŞ-ın isə təyyarələr vasitəsilə bu birliklərə dəstək olmasını şərt kimi irəli sürdüyü bildirilir.
azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru