“Boz qurdlar”ın Rusiyada terror təşkilatı elan edilməsi istənildi

1-12-2015, 12:40           
“Boz qurdlar”ın Rusiyada terror təşkilatı elan edilməsi istənildi
Türkiyə ilə Rusiya arasında Su-24 hərbi təyyarəsinin vurulması ilə bağlı gərginlik davam edərkən diqqət çəkən daha bir məsələ ortaya atılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Rusiya Federasiya Şurasının Konstitusiya Hüququ Komitəsinin sədri Andrey Klişas “Ülkü ocaqları”nın (“Boz qurdlar” təşkilatı) Rusiyada qadağan olunmasını tələb edib. O, hətta bununla kifayətlənməyərək, hmin qurumun terror təşkilatı elan edilməsini də istəyib.

Andrey Klişas bununla bağlı Rusiyanın baş prokuroru Yuri Çaykaya məktub da yazıb.

Klişas məktubunda bunları qeyd edib: "“Boz qurdlar” təşkilatının terror təşkilatı elan edilməsini və Rusiyadakı fəaliyyətlərinin qadağan olunmasını tələb edirəm”.

Məktubunda Rusiyanın dövlət başçısı Vladimir Putinin noyabrın 28-də milli təhlükəsizlik məqsədilə Rusiya xalqının qeyri-qanuni təşkilatlardan qorunması məqsədi ilə bir fərman imzaladığını xatırladan Klişas Türkiyənin İraq-Şam İslam Dövlətinə (İŞİD) dəstək verdiyini iddia edib: “Boz qurdlar” təşkilatının terror təşkilatı elan edilməsini və Rusiyadakı fəaliyyətlərinin qadağan edilməsini tələb edirəm”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru