Türkiyə Bosfor boğazını Rusiyanın üzünə bağladı – Video

1-12-2015, 14:20           
Türkiyə Bosfor boğazını Rusiyanın üzünə bağladı – Video
Türkiyə Rusiya gəmiləri üçün Bosfor boğazını bağlayıb.
Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri deyib.
Məlumata görə, Türkiyə ötən gündən başlayaraq gəmilərə çətinliklər yaratmağa başlayıb.
Hazırda vəziyyətin gərgin olaraq qaldığı və onlarla gəminin Qara dənizin boğaza yaxın hissəsində gözlədildiyi bildirilir.
Türki mediası isə rus gəmilərinin Boğazdan keçidində hər hansı maneə barədə xəbər yaymayıb.
Qeyd edək ki, 1936-cı ildə imzalanmış “Montre boğazlar konvensiyası” müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyəyə bəzi statuslar verir. Əgər Türkiyə özünü müharibə təhlükəsi qarşısında görərsə, boğazlardan istədiyi kimi istifadə edə bilər. Sazişə görə, bu qaydanın qüvvəyə minməsi üçün Millətlər Cəmiyəti Şurasının 2/3 dəstəyi lazımdır. Lakin İkinci Dünya müharibəsindən sonra Millətlər Cəmiyyəti ləğv olunub və onun funksiyalarını BMT yerinə yetirir. Məhz bu səbəbə görə, həmin qaydanın istifadə olunub-olunmayacağı barədə qeyri-müəyyənlik var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.