Türkiyədən Rusiya iqtisadiyyatına böyük zərbə - Təcili iclas keçirildi, Sanksiyalar paketi hazırdır
1-12-2015, 15:35
Dünən gecə Türkiyənin baş nazirinin müavini Mehmet Şimşəkin rəhbərliyi ilə üç saat davam edən təcili iclas keçirilib.
Avropa.info xəbər verir ki, iclas zamanı vurulan rus təyyarəsindən sonra Rusiya tərəfinin sanksiyaları ilə bağlı tədbirlər planı hazırlanıb.
Baş nazir Əhməd Davudoğlunun da təsdiq etdiyi tədbirlər planının detalları belədir:
Rusiyaya ixrac olunan meyvə-tərəvəz məhsulları:
Rusiya gömrüklərində qəsdən saxlanılan meyvə-tərəvəzlərin qaytarılması təmin ediləcək. Gömrük nazirliyi mövzuyla bağlı işlərə başlayıb. İxracatla məşğul olan şirkətlərlə iclas keçirilərək gömrükdən gələn mallar haqda qərar qəbul olunacaq.
Rusiyadan gələn məhsullar:
Rusiyadan gələn məhsullar “qırmızı xəttə” alınacaq. Mallar tam sayılaraq geniş nəzarətə götürüləcək.
Tekstil və geyim malları:
Hökumət, ixracatçıların zərər görməməsi üçün tekstil və hazır geyim, elektrik cihazları, kimyəvi məhsulların başqa bazarlara yönəlməsinə dəstək verəcək.
Kontraktla həyata keçirilən işlər (tikinti və s.): Podratçı qismində həyata keçirilən işlər və təbii qaz idxalında alternativ mənbələr qiymətləndiriləcək.
Bundan başqa Rusiyanın Türkiyədən tranzit olaraq istifadə etdiyi sərhəd keçid məntəqələrində gecikdirmələr olacaq. Rusiyaya aid yük maşınları və TIR-lar tam nəzarətə götürülərək içindəki mallara bir-bir baxılacaq.
Üçüncü nüvə reaktoru:
Üçüncü nüvə reaktoru ilə bağlı Rusiyaya aid şirkətlərin işdən uzaqlaşdırılması da müzakirəyə çıxarılan variantlar arasında yer alır.
Turizm sektoru:
Turizm sektorunun rezervasiyaların ləğv edilməsi səbəbi ilə çətinlik yaranmaması üçün bir sıra tədbirlər görüləcək. Müxtəlif ölkələrə endirimli kampaniyalar təşkil ediləcək. Ruslar üçün ucuz qiymətə təşkil olunan tur paketləri yenidən müzakirə olunacaq.
İş adamlarına qarşı rəftar:
Türk iş adamlarının qarşılaşdıqları çətinliklər də nəzərə alınaraq Türkiyəyə gəlmək istəyən rus iş adamlarından da dönüş bileti tələb olunacaq.
Təbii qaz tədarükü:
Lazım gəlsə təbii qazın idxalı ilə bağlı müqavilə yenilənəcək. Mayeləşdirilmiş təbii qaz üçün digər alternativlər nəzərdən keçiriləcək. Nigeriya, Əlcəzairdən maye qazın idxalatı artırılacaq.