Rəsmi Moskva sözü belə fırlatdı.....

1-12-2015, 20:45           
Rəsmi Moskva sözü belə fırlatdı.....
"Ankaranın İŞİD terror təşkilatından neft alması haqqında məlumatlar Türkiyə rəhbərliyini ifşa etmək deyil, terrorçuluqla mübarizə üçün lazımdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva Ankaranın İŞİD-dən neft alması haqqında sübutları ortaya qoymağa hazırdırmı" sualına cavabında bildirib.

"Bu, yeni bəyanat deyil. Əsas məsələ informasiyaya malik olmaq və onu işdə istifadə etməkdir. Nəyisə sübut etmək yox, terrorla mübarizə aparmaq üçün bu məlumatdan istifadə olunur",- deyə Kremlin mətbuat katibi qeyd edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın İŞİD-dən neft aldığı sübut olunsa, hakimiyyətdən gedəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru