MHP lideri; Rusiya haqsız və pis niyyətlidir ...

1-12-2015, 21:12           
MHP lideri; Rusiya haqsız və pis niyyətlidir ...
"Beynəlxalq hüquq baxımından Türkiyənin sərhədlərini müdafiə etmək hüququ vardır və ölkəmiz bu haqqından imtina etməyəcək. Rusiya qətiliklə haqsız və pis niyyətlidir."

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli bəyan edib.

O, Rusiya prezidenti Vladimir Putinin gərginliyi daha da artırdığını bildirib: "Putin rəhbərliyinin Türkiyə ilə əlaqələri soyutması, üzr gözləməsi, təzminat tələb etməsi və iqtisadi sanksiyalar tətbiq etməsi qalmaqaldır. Türkiyə ilə Rusiya arasındakı gərginlik daha da dərinləşmədən əlaqələrin bərpasını, iki ölkənin problemlərini diplomatik yollarla həll etməsini gözləyirik.

Artan iqtisadi və siyasi cəbhələşmələr, hərbi və diplomatik anlaşılmazlıqlar hər ki ölkəyə zərər verəcək."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru