İslam Kərimov Putinin siyasətini tənqid etdi

2-12-2015, 01:33           
İslam Kərimov Putinin siyasətini tənqid etdi
Özbəkistan prezidenti İslam Kərimov Suriyanı bombaladığına görə Rusiyanı tənqid edib. Cebhe.info xəbər verir ki, bu barədə “Regnum” agentliyi Özbəkistanda fəaliyyət göstərən diplomatik korpuslardan birinin nümayəndəsinə istinadən xəbər yayıb. Məlumata görə, Kərimov “Bəzi ölkələr düşünürlər ki, onlar düz hərəkət edir. Ancaq bir yerə girməzdən əvvəl ordan necə çıxacağını düşünmək lazımdır”,-deyə prezident bildirib. Kərimovun bu sözləri Türkmənstan prezidenti Qurbanqulu Berdımuhammedovun səfəri zamanı rəsmi qəbulda dediyi bildirilir. Agentliyin məlumatına görə, Kərimov əsl Şərq diplomatiyası nümayiş etdirərək ölkənin adını çəkməyib. Ancaq ümumi kontekstdə söhbərtin məhz Rusiyadan getdiyi məlum olub. Kərimov həmçinin müasir silahlardan istifadəni təhlükəli hesab edib. “Con Kerri bir müəddət əvvəl Mərkəzi Asiyaya səbəbsiz yerə səfər etməmişdi. Amerikalıların türklərlə dostluğu sxeminə uyğun olaraq Mərkəzi Asiyanı Amerika ətrafına toplamağa şalışır. Kərimovun bəyanatı da uzağı görməməkdən irli gəlir. O, sabahı görmür. Bu gün isə isə iqtisadi-sosial cəhətdən Türkiyə, yaxud uzaq Qərb ölkələri ilə yox, yaxın müttəfiqlərlə bağlıdır. Kərimov bilmir ki, islam teerorizmi Özbəkistana da siraət edədəck”,-deyə Avria- Asiya İnstitutunun rəhəbri Valdimir Lepexin qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.