İŞİD-in Türkiyədə qul bazarı üzə çıxdı - VİDEO
2-12-2015, 13:31
Almaniyanın ARD telekanalı Suriya-Türkiyə sərhədindən reportaj hazırlayıb.
Axar.az xəbər verir ki, reportajda İŞİD-in Türkiyədə yaratdığı şəbəkə vasitəsi ilə qul satışı həyata keçirdiyi qeyd olunub.
Kanal baş tutan qul alverini anbaan lentə alaraq prosesin necə getdiyi barədə məlumat verib.
Əbu Mital adlı kürd İŞİD-in Türkiyədəki şəbəkəsi ilə əlaqə quraraq 3 uşaq və bir ananı xilas edib.
***
Terrorçularla internet üzərindən əlaqə quran Mital öncə əsirlərin müqabilində ödəniləcək məbləği endirməyə çalşır. Daha sonra Qaziantepə gedərək Vatsap vasitəsi ilə pulu verəcəyi adamın adını və İŞİD-lə əlaqə saxlamaq üçün ünvanları əldə edir.
Təyin edilən ünvana gələn Mital büroda yalnız suriyalıların işlədiyini deyir. Bütün bu danışıqlar gizli kameralar vasitəsi ilə qeyd olunur. Gənc qadınlar üçün 20 min dollar tələb edən təşkilat 11 yaşındakı uşaq üçün 15 min dollar istəyir.
Pul verdikdən sonra Suriyada bir oteldə qalan Mital yenə Vatsap vasitəsi ilə mesaj gözləyir. Terrorçular pulun ünvana çatdığını təsdiq etdikdən sonra Mitala ana və uşaqların təhvil verilməsi üçün ünvan veriləcəyini deyir. Sonra təyin olunan ünvana gedən Mital əsirləri təhvil alır.
***
ARD-yə danışan Mital son bir ildə 250 yezidi qadın və uşağı İŞİD-dən geri aldığını və bunun üçün təşkilata 2,5 milyon dollardan çox pul göndərildiyini deyib. Onun sözlərinə görə, İŞİD terrorçuları yezidi qadın və uşaqları nömrələyərək internet vasitəsi ilə satışa çıxarır.
[media=https://www.youtube.com/watch?v=7nd3A3qW2xY]