"Osmanlının qurduğu nizamı pozan hər bir şey..." - Avropalı siyasətçidən sensasion etiraf

2-12-2015, 21:46           
"Osmanlının qurduğu nizamı pozan hər bir şey..." - Avropalı siyasətçidən sensasion etiraf
İsveçin sabiq baş naziri Bildt Osmanlının qurduğu nizamı pozan hər bir şeyin bölgənin daha çox qan gölünə dönməsinə yol açdığını bildirib.

Avropa.info xəbər verir ki, sabiq baş nazir Osmanlı dövlətinin süqutu nəticəsində pozulan quruluşla birlikdə əmin-amanlığın da pozulduğunu etiraf edib.

Osmanlı dövlətinin yıxılmasından sonra qurulan ölkələrdəki qarışıqlığın davam etdiyi bir vaxtda İsveçin sabiq baş naziri Karl Bildt mövzuyla bağlı bir məqalə dərc etdirib.

Yaxın Şərqdəki bir çox qarşıdurmanın köklərində Osmanlının süqutunun olduğu fikrini müdafiə edən sabiq baş nazir məqaləsində bunları deyib:

"Osmanlı dövlətinin bir-birinə qarışmış mədəniyyətlər, ənənələr və dillərlə zəngin mozaikasını təşkil edən Bosniya Herseqovinadakı Bihacdan İraqın Bəsrə şəhərinə qədər geniş bölgə, İstanbuldakı Sultanın nüfuzu ilə müvəffəqiyyətli bir şəkildə idarə olunurdu."

Osmanlının bölgəni yüz illərlə sülh içində idarə etdiyini vurğulayan Bildt sözlərinə belə davam edib:

"Osmanlı parçalandığı zamanı onun parçalanması şiddətlə baş verdi. Nəticədə bir çox ölkə meydana gəldi. 1917 Balfor bəyannaməsi ilə İngiltərə Fələstində bir yəhudi dövləti qurulması üçün işə başladı. 1948-ci ildə İsrail dövlətinin qurulması qarşıdurmalar və müzakirələrlə davam etdi. Bu hadisələri bu günə qədər sadalamaq mümkündür. Döyüşlərdən və inqilablardan sonra geridə yalnız bir gerçək qaldı; Osmanlının qurduğu nizamı pozan hər bir şey bölgənin daha çox qan gölünə dönməsinə yol açdı. Beynəlxalq cəmiyyət, bölgədə sülhü bərqərar etmək üçün çalışır. Ancaq bölgə ölkələrinin liderləri keçmişdən dərs almalıdır."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.