Rusiya Müdafiə Nazirliyi iddia edir ki, İŞİD nefti Zaho-Silopi boru xətti ilə Türkiyəyə nəql edilir. Bu məlumatlar tamamilə əsassızdır.
Axar.az xəbər verir ki, bunu İraq Kürd Muxtariyyətinin rəsmisi Səfin Dizayi deyib.
“Məsələ ilə bağlı Rusiya hökumətinin iddialarını eşitdikdə təəssüf hissi keçirdik. Rusiya kimi bir dövlət bunları deməli deyildi. Məlumatlar yalandır”, - Dizayi bildirib.