Davudoğlu Azərbaycan türkcəsində "tvitlədi"... - FOTO

4-12-2015, 11:33           
Davudoğlu Azərbaycan türkcəsində "tvitlədi"... - FOTO
Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bu barədə sosial şəbəkədəki səhifəsində paylaşımlar edib. ANS PRESS-in məlumatına görə, qardaş ölkənin baş naziri ismarışlarını həm Azərbaycan, həm də Türkiyə türkcəsi ilə yazıb. Davudoğlu həmçinin, Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsini əks etdirən fotolar da paylaşıb.
“Can Azerbaycanda bizi qonaq eden Prezident İlham Aliyev ve qardashlarımıza teşekkür edirik. Biz 1 millet 2 dövletik.

Can Azerbaycan'da bizi misafir eden Cumhurbaşkanı İlham Aliyev ve Azerbaycanlı kardeşlerimize teşekkür ediyoruz. Biz bir millet iki devletiz.” – deyə Əhməd Davudoğlu sosial şəbəkə ismarışlarında qeyd edib.

Baş nazir Əhməd Davudoğlu fotoları və ismarışları həm “facebook” sosial şəbəkəsində, həm “Twitter” mikrobloqunda, həm də “İnstaqram” səhifəsində paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.