400 türkman qızını küçədə çılpaq gəzdirdilər – MÜHARİBƏDƏN ŞOK VİDEO

4-12-2015, 14:56           

Türkiyənin “Kabadokya TV” kanalı Suriya türkmanlarına qarşı Əsəd rejiminin zülmlərindən bəhs edən sənədli film hazırlayıb.


Publika.az xəbər verir ki, filmdə rejim güclərinin türkman kəndlərini bombalaması üçün istifadə etdikləri bəhanədən tutmuş, qızların zorlanmasına qədər bütün zülmlər yer alır.


Türkman döyüşçü Əli Molla Musa deyir ki, ibtidai sinif şagirdləri divarlara “biz azadlıq istəyirik, bu rejimi istəmirik” deyə yazı yazıblar: “Rejim əsgərləri həmin uşaqların dırnaqlarını maqqaşla çıxartdı. Yaşlı insanlar toplaşıb getdik və soruşduq ki, niyə belə etmisiniz? Axı onlar uşaqdırlar. Valideynlərini çağırın, cəzalandırın. Müharibə oradan başladı”.


Türkman döyüşçü qeyd edib ki, Əsəd rejiminə qarşı çıxmalarına səbəb namuslarına, şərəf və ləyaqətlərinə toxunmaları olub.


Türkman Şəhidləri tağımının komandiri Adil Orli isə bildirir ki, Əsəd rejimi döyüşçülərdən daha çox, sivil insanları hədəf seçir: “Əsəd rejiminin əsgərləri müsəlman olan 400 türkman qızını şəkər fabrikinə yığıb təcavüz etdilər. Daha sonra onları çılpaq halda küçələrdə gəzdirdilər”.


Bayırbucaq bölgəsində hər gün bomba səsləri eşidilir, hər gün bir ev partladılır. İnsanlar canlarını qurtarmaq üçün evlərini tərk edirlər və insanlar hər gün ölümü gözləyir.


Türkman Dağını qoruyan bölüyün komandiri Ahmet Arnavut rejim güclərinin havadan, sudan və qurudan hücum etdiyini bildirir. Lakin türkman döyüşçülər sonuna qədər döyüşmək, vətənlərini qorumaq niyyətindədirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.