Rusiyadan türkmənlərin hesabı soruldu - Stokholmda piket – (VİDEO və FOTOLAR)
6-12-2015, 00:31
“Kərkük türkdür, türk qalacaq”, “ Türkmənə bax, türkmənə, həpsi bənzər aslana”,
“Oyar gözün, kim görmüş o yar gözün, Aslan gücündən düşsə, qarınca oyar gözün”
(Türkmən xalq bayatıları.Türkmənlərin diliylə desək “Türkmən xoyratları ”...)
****
Musavat.com xəbər verir ki, Stokholmdakı Rusiya federasiyasının önündə keçirilən mitinqi Türk İşçi Dərnəkləri Federasiyasının sədr müavini Barbaros Leylani bu bayatılarla açdı. “Dünyanın Bayırbucaq türkmənlərinin məruz qaldığı soyqırıma etinasız yanaşması bizi hiddətləndirir”, deyə Barbaros bəy çıxışına davam etdi: “Bir tərəfdən Əsəd rejiminin silahlı qüvvələri, bir tərəfdən DAİŞ-İŞİD cəlladları və bir tərəfdən də Rusiyanın hava hücumu ilə qarşı-qarşıya qalan soydaşlarımızın fəryadını dünya eşitmir və ya özünü karlığa qoyub. Daha sonra Azərbaycan dərnəyinin sədri, Güney Azərbaycan İstiqlal Partiyasının İsveç təmsilçisi Səməd Fərtaş çıxış etdi.
S.Fərtaş və partiyanın başqa bir sorumlusu mənsub olduğu təşkilatın müraciətini oxudu. Müraciətdə İran, Rusiya, İraq, Suriyadakı həmvətənlərimizin rastlaşdıqları rasism, şovinizm, qeyri insani münasibətlər Qarabağ, Güney Azərbaycan, Türkmən elinin sorunları ön plana çəkilmışdı. Piketdə isveçcə, ərəb, rusca və eləcə də türkcə bəyanatlar səsləndi, müraciətlər oxundu.