Öcalan bunu ilk dəfə açıqladı

6-12-2015, 11:47           
Öcalan bunu ilk dəfə açıqladı
“Mən kəndli deyiləm. Gedin ona söyləyin ki, ciddi bir adamam, o da ciddidirsə məsələni bitirək”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri İmralı adasında həbsxanasında olan PKK lideri Abdullah Öcalan onunla görüşən dövlət heyətinə deyib.

ABŞ səfərini tamamlayan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın sözlərinə görə, Öcalan bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlayıb. Demirtaş həmçinin PKK probleminin həlli prosesini aparan baş nazirin müavini Yalçın Akdoğan, daxili işlər naziri Efkan Ala və kəşfiyyat rəhbəri Hakan Fidanın prezident Rəcəb Tayyib Ərdoğana proseslə bağlı ətraflı məlumat vermədiyini iddia edib.

HDP-nin həmsədri bunun prosesin bitməsində əhəmiyyətli rol oynadığını ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru