Kişi arvadını və iki uşağını bıçaqlayaraq öldürdü
6-12-2015, 22:50
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib. Kişi əvvəl arvadını, daha sonra isə iki övladını bıçaqlayaraq qətlə yetirib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Aydın vilayətində qeydə alınıb. Həyat yoldaşı ilə boşanmaq üzrə olan Fatih Yavuz adlı şəxs həyat yoldaşı ilə övladlarını otelə qonaq aparıb. Daha sonra əsəbləşən F. Yavuz əvvəlcə 20 yaşlı həyat yoldaşınının boğazını kəsib, daha sonra isə 3 yaşlı qızını və bir yaşı tamam olmayan oğlunu qarın nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
Polis həyat yoldaşını və uşaqlarını qətlə yetirdikdən sonra yaxınlarına zəng vurub halallıq istəməsindən sonra xəbər tutub. Məlumata görə, evli cütlük dekabr ayının 15-də boşanmaq üçün hakim qarşısına çıxacaqmış.
Fatih Yavuz və arvadı oteldə uşaqlarını yatızdırıb söhbət etməyə başlayıblar. Bir müddət söhbət edən cütlük arasında mübahisə yaranıb və kişi belə bir addıma əl atıb.
Vida məktubu yazıb daha sonra bacısına zəng vuran kişi, halallıq istəyib. Ailə üzvləri onun danışığından şübhələnərək polisə müraciət ediblər. Polis onların olduğu otelə gedib otağın qapısını döyüblər. Heç kimin qapını açmadığını görən polis əməkdaşları qapını qıraraq içəri girib və Fatihin özünə bir neçə bıçaq vurduğunu, bununla bərabər boğazına bıçaq dirədiyini görüblər. Bıçağı onun əlindən alan polis əməkdaşları xəsarət alan kişini xəstəxanaya aparıblar. Xəstəxanada lazımı yardım göstərilən Fatih Y. tutularaq istintaqa cəlb edilib.