Başbuğdan Liviya-Türkiyə razılaşmasına reaksiya

20-12-2019, 09:08           
Başbuğdan Liviya-Türkiyə razılaşmasına reaksiya
Türkiyənin Şərqi Aralıq dənizində haqq və mənfəətləri var. Bu haqqı beynəlxalq konvensiyalardan alırıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş Qərargahının keçmiş rəhbəri, general İlkər Başbuğ çıxış edib.

"Liviya ilə razılaşma qitə şelfinin əsas quru hissələrinin başladığı xəttdən 200 dəniz mili qədər uzaqlıqdakı təbii qaz, neft hasilatı və digər hüquqlardan istifadə etmək imkanı verir. Eksklüziv iqtisadi zonaya dənizin dibindəki bütün su sərhədləri də daxildir", - Başbuğ söyləyib.

Başbuğ qeyd edib ki, Türkiyə bölgəni iqtisadi zona elan etməkdə gecikib: "Bu gün atılan addım 10 il əvvəl edilməli idi. Bəlkə də o vaxtı heç kimin səsi çıxmazdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru