Qazaxıstanda yollar bağlandı

22-12-2019, 11:45           
Qazaxıstanda yollar bağlandı
Qazaxıstanda hava şəraitinin pisləşməsi nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın hərəkət müvəqqəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, qar və şaxta səbəbindən yollar buz bağlayıb. Aktobe vilayətində 11 avtomobilin toqquşması nəticəsində ölənlər və xəsarət alanlar var. Bundan başqa, Samara- Çimkənt magistralında 60-a yaxın avtomobil yollarına davam etmək üçün havanın yaxşılaşmasını gözləyir.

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib. Qazaxıstan Daxili İşlər Nazirliyi uzaq səfərə çıxan sürücülərə hava şəraitini nəzarətdə saxlamağı tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru