Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək

23-12-2019, 00:00           
Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək
Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Piri Reis” sualtı qayığının dənizə buraxılması mərasimində çıxışı zamanı bildirib.

R. T. Ərdoğan deyib ki, 2022-ci ildən Türkiyə Hərbi Dəniz Qüvvələrinə hər il bir sualtı qayıq təhvil veriləcək və ümumilikdə 6 sualtı qayıq tikiləcək.

Qeyd edək ki, bu gün istifadəyə verilən “Piri Reis” sualtı qayığının kütləsi 1850 ton, uzunluğu 68,3 metr, eni 6,3 metrdir. Qayığın komanda heyəti 40 nəfərdir. Hazırda üzərində texniki təchizat işləri görülən “Hızır Reis” isə 2022-ci ildə suya buraxılacaq. Tikintisi davam edən üçüncü və dördüncü sualtı qayıq yüksək manevr qabiliyyətinə və uzun müddət su altında qalmaq imkanlarına malik olacaq. Sualtı qayıqlar müasir torpeda kompleksi ilə təchiz olunub, qurudakı hədəfləri də məhv etməyə qadirdir. Eyni zamanda mina düzmək və raket zərbəsi endirmək imkanına malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru