Türkiyədə Putin barəsində cinayət işi

10-12-2015, 01:34           
Türkiyədə Putin barəsində cinayət işi
“Ərgənəkon” qalmaqalında bir vaxtlar ittiham edilən Mahir Akkar hər kəsi təəccübləndirəcək addım atıb. Axar.az xəbər verir ki, Akkar Ankara Baş Prokurorluğuna təqdim etdiyi ərizəsində Rusiya Prezidenti Vladimir Putin və Müdafiə nazirinin müavini Anotoli Antonov barəsində cinayət işinin açılmasını tələb edib.
Akkar belə bir addımı atmasına səbəb kimi Putin və Antonovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsini göstərib. Akkarın ərizəsində qeyd edilib: “Prezidentimizi bəzi məsələlərə görə həddi aşmadan tənqid etməyimiz bizim ən təbii demokratik haqqımızdır, ancaq xarici bir ölkənin vətəndaşlarının, siyasi xadimlərinin və ya dövlət başçısının prezidentimizə böhtan atması və təhqir etməsini qəbul edə bilmərik. Onlara layiq olduqları cavabı vermək və cəzalandırılmalarını təmin etmək üçün əlimizdən gələni etməliyik”.
Ərizədə Putin və Antonov barəsində cinayət işi açılması tələb olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.