İbrahim Kalın:"Türkiyə Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə zəruri dəstək verəcək"

25-12-2019, 00:00           
İbrahim Kalın:"Türkiyə Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə zəruri dəstək verəcək"
Türkiyə parlamenti Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır.

“Reuters” xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.

O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə ötən ay Liviyanın beynəlxalq birlik tərəfindən tanınan və artıq bir neçə aydır ölkənin şərqində Xəlifə Haftarın başçılıq etdiyi hərbi dəstələrə qarşı döyüşən hökumət ilə hərbi əməkdaşlıq haqqında saziş imzalamışdı. Ankara Liviya tərəfindən müvafiq müraciət gələcəyi təqdirdə həmin ölkəyə hərbi qüvvə göndərə biləcəyini də bəyan edib/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.